Miss Turkey 2024 gözəllik yarışmasında ikinci yerin sahibi olan və Türkiyəni Miss Supranational yarışmasında təmsil etməsi planlaşdırılan Cemre Üker, şəxsi səbəblərə görə bu imkandan imtina edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun yerinə yarışmada ilk beşliyə daxil olan Candan Şeviktürk, Türkiyəni beynəlxalq səviyyədə təmsil edəcək.
Cemre Ükerin imtinasının səbəbi
Cemre Üker
Paris Biznes Məktəbində Beynəlxalq Marketinq və İş İnkişafı üzrə magistratura təhsili alan Cemre Üker, bəzi rəsmi prosedurlar səbəbindən iyun ayında keçiriləcək Miss Supranational yarışmasına qatıla bilməyəcəyini açıqlayıb. O, yaxın günlərdə Fransaya gedəcəyini və pasport prosedurlarına başlayacağını, həmçinin 20 may - 11 iyun tarixlərində vətəndaşlıq bürosu ilə vacib məhkəmə iclaslarının olacağını bildirib. Ükerin sözlərinə görə, vəkili bu müddət ərzində Fransada olmasının işinin gedişatı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Candan Şeviktürkün reaksiyası
Miss Turkey təşkilatı, 9-28 iyun 2025-ci il tarixlərində Polşada keçiriləcək Miss Supranational yarışmasında Türkiyəni Candan Şeviktürkün təmsil edəcəyini elan edib. Bu qərardan sonra Candan Şeviktürk sosial media hesabında duyğularını belə ifadə edib:
"Miss Supranational Türkiyə 2025 ünvanını daşımağın qürurunu yaşayıram. Ümid edirəm ki, bu məsuliyyəti layiqincə yerinə yetirə bilər, ölkəmi və Türk qadınını güclü, zərif və şərəfli bir şəkildə təmsil edə bilərəm."