Nüşabə Ələsgərli: “Mən jurnalistə “düdük” demişəm”
Müğənni Lent.az-a açıqlamasında yol polisi əməkdaşlarını təhqir etmədiyini, onlarla heç bir problemin olmadığını bildirib. Ancaq jurnalistlərdən birini təhqir etdiyini etiraf edərək bunun səbəbini belə izah edib: “Jurnalistlər üstümə elə cumdular ki... Nə olsun, reyd keçirirlər. Telefonla şəklimi çəkməyə başladılar, diktofon qoşdular. Mən də onda hirsləndim və jurnalistlərdən birini təhqir etdim. O jurnalist özünü çox pis aparırdı. Özü də ona “küçük” yox, “düdük” demişəm. Buna görə istəyir məhkəməyə müraciət etsin. Amma mən də məhkəməyə müraciət edəcəyəm. Çünki demədiyim sözləri adıma çıxarıblar. O sözləri dediyimi sübut etsinlər, diktafon yazısını təqdim etsinlər, yoxsa mən özüm məhkəməyə müraciət edəcəyəm. “Mən heç kimi hərləmirəm”, “küçüklər məni saxlayıb” ifadələrini işlətməmişəm. Mən öz danışığımı və hüquqlarımı gözəl bilirəm. Nə qədər hirslənsəm də, ən çoxu səsimin tonunu yüksəldərəm. Amma o sözlər mənim dilimdən çıxmayıb”.
Nüşabə Ələsgərlinin sözlərinə görə, onlara yalnız bir dəfə maşını saxlamaq deyilib, onlar da buna tabe olublar: “Polislərlə bizim aramızda qətiyyən problem olmayıb. Bizə nə vaxt saxla dedilər, biz də onda saxladıq. Niyə saxlamamalıydıq ki? Cinayət eləmişik məgər? Saxlayanda da heç bir günahımız olmadığını, qaydanı pozmadığımızı sübut etməyə çalışdıq, vəssalam”.
Olay vaxtı hadisə yerində olan jurnalistlər isə N.Ələsgərlinin polisləri və jurnalistləri təhqir etdiyini bildirirlər.
Banu

786