Nüşabə Ələsgərli gecə polislərlə olay çıxartdı! – FOTO
Fevralın 27-də axşam saatlarında Bakıda Dövlət Yol Polisinin keçirdiyi reyd zamanı müğənni Nüşabə Ələsgərli yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, müğənninin 10 LZ 101 dövlət nişanlı “Mercedes-ML” markalı maşınını idarə edən şəxs onun həm sürücüsü, həm də mühafizəçisi imiş.
Birinci dəfə yol polisinə tabe olmadıqlarına görə, bütün postlara bu maşının saxlanması barədə xəbərdarlıq olunub. Nəhayət, maşın axşam saat 11 radələrində “Lido” restoranının qarşısında yol polisi əməkdaşları tərəfindən saxlanıb. Lakin müğənni və onun sürücüsü yenə də tabe olmaq istəməyiblər. Heç bir qayda pozuntusuna yol vermədiklərini, əsassız şəkildə saxlanıldıqlarını iddia ediblər. Hətta reyddə iştirak edən jurnalistləri və polisləri təhqir etməkdən belə çəkinməyiblər.
“Mən heç kimi hərləmirəm”, - deyən müğənni kiməsə zəng vuraraq “küçüklər məni saxlayıb, mən də toya tələsirəm” və digər bu kimi təhqiramiz ifadələr işlədib. O, jurnalistlərdən də birini “küçük” adlandırıb. Mühafizəçisi isə digər jurnalistin vəsiqəsini əlindən almağa cəhd edib. Bu zaman Nüşabə Ələsgərli ilə jurnalistlər arasında mübahisə yaranıb. “Siz bu səviyyəyə jurnalistlərin hesabına gəlmisiniz”, - deyən jurnalistlərə belə cavab verib: “Xeyr, mən bu səviyyəyə ancaq öz zəhmətim hesabına gəlmişəm... Gedin, harda istəyirsiniz yazın”.
Qeyd edək ki, reyddə iştirak edən və təhqir olunan jurnalistlər məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Mətbuat Şurasına müraciət edəcəklər.
Banu

860