Məşhur müğənnimiz “qılınc”ı “qalxan”la əvəzləyəcək
Lent.az-ın məlumatına görə, həqiqi soyadı Qılıncov olan müğənni sənətə gələndən sonra Ülvi Qılınc kimi tanınmağa başlayıb. Dostları isə ona hələ də “Qalxan” deyə müraciət edirlər. Bu səbəbdən müğənni zarafatları təxəllüsə çevirmək qərarına gəlib. Opera solisti yaxınlarına “hər bir qılıncın arxasında, möhkəm poladdan hazırlanan qalxan dayanmalıdır ki, zəfər çalmaq asan olsun. Yerli şou-biznesdə qılınca sarılmaq kifayət etmir. Qorunmaqdan ötrü qalxana çox ehtiyacım olduğu üçün bu təxəllüsü özümə yaraşdırıram” ,- deyərək özünə haqq qazandırıb.
Nəzrin
Nəzrin
876