Tarkan Kibariyə ilə başladı, Bülənd Ersoyla davam edir
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni albom buraxmağa hazırlaşan Bülənd Ersoy bu dəfə Tarkanın da bəstəsini oxumaq istəyib. Tarkan bu istək qarşılığında xüsusi olaraq “diva” üçün hazırladığı mahnını ona təqdim edib. Ersoy mahnını bəyənib və 50 min lirə (31 min 500 dollar) ödəyərək repertuarına daxil edib.
Sonradan Ersoyla Tarkan həmin mahnını birlikdə oxumağı qərarlaşdırıblar. Onların tezliklə mahnını səsləndirəcəkləri gözlənilir.
Qeyd edək ki, daha öncə Kibariyə ilə duetlər oxuyan Tarkan bir neçə həftə əvvəl də Ajda Pekkan ilə studiyada duet yazdırıb.

998