Eldar Qasımov: “Özümü Nigarla duetdə çox yaxşı hiss edirəm”
““Eurovision” müsabiqəsində iştirak etmək hər zaman mənim arzum olub. Arzuma çatdığıma görə, çox xoşbəxtəm. Təmsilçilik şansı qazandığım üçün özümü göyün yeddinci qatında hiss edirəm”.
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın “Eurovision-2011” yarışmasında təmsilçilərindən biri Eldar Qasımov deyib. 21 yaşlı təmsilçi deyib ki, “Eurovision” müsabiqəsinə 2010-cu ildən məsuliyyətlə yanaşmağa başlayıb: “Bu müsabiqəni uzun müddətdir, izləyirəm. Bildiyiniz kimi, ötən il də milli seçimlərə qatılmışdım. Bu müsabiqənin məsuliyyətini hazırda tam anlayıram”.
Azərbaycan təmsilçisi onu da bildirib ki, hər il müsabiqədə İsveçə də pərəstişkarlıq edir. Eldar Qasımov Azərbaycanın dörd illik təmsilçiliyi dövründə üç dəfə duetlə təmsil olunmasına da münasibət bildirib: “Elnur və Samir, eləcə də Aysel və Araş fərqli çıxışlar etdi. Mən düşünmürəm ki, Avropa bunu eynilik kimi qiymətləndirsin. Əmin edirəm ki, bu, heç də belə olmayacaq, çünki hər duetin özünəməxsus elementləri var idi. Bizim də duetimiz tam fərqli olacaq”.
Duet ortağından da söz açan Eldar Qasımov onunla birgə çıxışından məmnun olduğunu dilə gətirib. Nigar Camalın təmsilçilik hüququ qazanmasının birmənalı qarşılanmamasına gəlincə, E. Qasımov bunları deyib: “Kimin necə düşündüyünü bilmirəm. Ən əsası odur ki, mən özümü Nigarla duetdə çox yaxşı hiss edirəm”.
İfaçı Düsseldorfda ifa edəcəkləri mahnının hansı müəllifə məxsus olmasının onlar üçün heç bir fərqinin olmadığını açıqlayıb: “Əsas odur ki, həmin mahnı böyük uğur gətirsin”.
E. Qasımov qarşıdakı üç ay ərzində dayanmadan öz üzərində işləyəcəyini də vurğulayıb: “Avropa ictimaiyyəti qarşısında çıxış etmək üçün hələ ki tam hazır deyilik. Amma qarşıda üç ay gərgin iş prosesi bizi tam hazır edəcək. Mən buna əminəm. Fikrimcə, “Eurovision” təmsilçisində xarizma, zahiri görünüş, intellekt və əlbəttə ki, perfomans olmalıdır. Bütün bunlar bir komplekt şəklində təmsilçidə toplanmalıdır. Mən heç bir çətinlikdən qorxmuram və arzu edirəm ki, təki ömrümüzdə belə çətinliklər çox olsun!”.
O, açıqlamasında Azərbaycan xalqına müraciət də edib: “Biz sizi çox sevirik! Bizə dəstək olun! Dualarınız bizə çox lazımdır. Buna ehtiyacımız var. Bunu bizdən əsirgməyin”.
Qeyd edək ki, Eldar Qasımov Azərbaycanın ilk aktyorlarından olan xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın nəticəsi, xalq artisti Firəngiz Şərifovanın nəvəsidir.

793