Səfurə Əlizadə Azərbaycan xalqından üzr istədi
“Eurovision-2011” Mahnı Müsabiqəsinin milli final konsertində çıxış edən Səfurə Əlizadə səhnədə “Sarı gəlin” mahnısını açıq-saçıq geyimdə oxumasına aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, müğənni əslində həmin gün “Sarı gəlini” oxumağı planlaşdırmadığını deyib: “Tamaşaçılarımdan üzr istəyirəm ki, “Sarı gəlin” kompozisiyasını müasir səhnə geyimində oxudum. Bu kostyum “March on” mahnım üçün hazırlanmışdı, “Sarı gəlin”i isə həmin gün oxumağı planlaşdırmamışdıq. Münsiflər heyəti seçim etdikləri zaman məndən yenidən səhnəyə çıxmağımı istədilər. Mən də “Sarı Gəlini” oxumalı oldum”
Səfurə Əlizadə həmin gün ümumilikdə 4 mahnı oxuyub. Bunlar “Drip-drop”, “March on”, “Souless” və “Sarı gəlin” mahnılarıdır.
Lalə
Səfurə Əlizadə həmin gün ümumilikdə 4 mahnı oxuyub. Bunlar “Drip-drop”, “March on”, “Souless” və “Sarı gəlin” mahnılarıdır.
Lalə
902