“Eurovision-2011” milli seçiminin münsiflərinin adları açıqlanıb
Lent.az-ın məlumatına görə, final konsertində “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçını seçəcək münsiflər heyətinin tərkibi açıqlanıb.
Münsiflər heyətinin tərkibində “İTV”-nin baş direktoru İsmayıl Ömərov, sənətşünas Lalə Kazımova, bəstəkar Rauf Babayev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, bəstəkar Faiq Sücəddinov, “Eurovision-2011” Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli və xalq artisti Zülfiyyə Xanbabayeva iştirak edir.
Lalə Yusifqızı
697