ŞOK! Məhkəmə Rəqsanənin evini də əlindən aldı!
Bakı Apelyasiya Məhkəməsində məşhur müğənni Rəqsanə İsmayılovanın verdiyi kassasiya şikayətinə baxılacaq. Lent.az-ın əldə etdiyi məlumata görə, Rəqsanə "Azəri-Türk Bank" ASC-dən kredit yolu ilə 39375 manat borc götürüb.
Sonradan bank müğənninin borcu ödəmədiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Rəqsanənin 39375 manat əsas borc və 2214 manat qalıq borcu (ümumilikdə 41589 manat) ödəməsi barədə qərar qəbul edib.
Növbəti məhkəmə instansiyaları – Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə müğənninin Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Lakin "Azəri-Türk Bank" ASC növbəti dəfə R.İsmayılovanın qeydiyyatda olduğu ünvan üzrə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bankın mənzilin qiymətləndirilməsi, mənzilin hərraca çıxarılması və s. məsələlərə dair tələbləri üzrə iddiasını təmin edib. Lakin məhkəmə qərarı icra edilməyib, yəni hələlik müğənni məcburi qaydada evindən çıxarılmayıb. Belə ki, müğənni Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək “faizlərin yenidən hesablanması, icra hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin qiymətləndirilməsinin nəticələrinə dair hesabatın ləğv edilməsi və mənzilin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi tələbinə dair” kassasiya şikayəti verib.
Müğənninin kassasiya şikayətinə bu həftə baxılacaq.
Müğənni kasasiya şikayətini əvvəlki instansiyada adı onunla birlikdə cavabdeh qismində göstərilən Vəliyev Bəxtiyar Qafar oğlu ilə birlikdə verib.
Müğənni Rəqsanə mətbuat katibi vasitəsilə Lent.az-a faktı təsdiqləyib. Müğənni bu mövzuda danışmaq istəmədiyini deyib. Bununla yanaşı müğənni "Azəri-Türk Bank" ASC ilə danışıqlar apardığını, banka olan borcunu ödəyəcəyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl müğənninin 117 min manatlıq “Range Rover” markalı avtomobili də əlindən alınmışdı.
Pərvin ABBASOV

1165