Sabir Rüstəmxanlıdan Hadisə və Aysel-Araş cütlüyünə dəstək
15 may 2009 16:45 (UTC +04:00)

Sabir Rüstəmxanlıdan Hadisə və Aysel-Araş cütlüyünə dəstək

“Gəlin onları birinci edək!”

Dünya Azərbaycanlıları Konqresi (DAK) “Eurovision-2009” mahnı müsabiqəsinin final mərhələsilə bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb. DAK-ın mətbuat xidmətindən Lent.az-a daxil olan müraciətdə soydaşlarımız Azərbaycan və Türkiyə təmsilçilərinə səs verməyə çağırılır.
“Mayın 16-da “Eurovision-2009” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Çox sevindirici haldır ki, Azərbaycanımızı təmsil edən Aysel Teymurzadə-Araş cütlüyü və qardaş Türkiyəni təmsil edən Hadisə Açıqgöz uğurlu çıxış edərək sizlərin sayəsində bu mərhələyə vəsiqə qazanmağı bacarıb. Ona görə də sonuncu mərhələdə də həmrəy olmağımız çox vacibdir. Heç kimə sirr deyil ki, düşmənlərimiz “Bir millət, iki dövlət!” olan Azərbaycanla Türkiyənin dostluğuna və qardaşlığına xələl gətirməyə çalışırlar. Biz də bir daha birliyimizi nümayiş etdirək və şənbə günü baş tutacaq final mərhələsində Azərbaycana və qardaş Türkiyəyə dəstək verək. Gəlin onları birinci edək!” – deyə, müraciətdə qeyd olunub.
Müraciəti DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvləri və fəalları imzalayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar