Polis oğurluq edən 3 nəfəri saxladı
05 iyun 2025 20:36 (UTC +04:00)

Polis oğurluq edən 3 nəfəri saxladı

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən 550 manat dəyərində məişət əşyaları oğurlanıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Z. Mayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 400, Nəsimi rayonunda isə bir şirkətin anbarından 720 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı Ə. Nəcəfov və 39 yaşlı F. Məmmədov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar