İsveçdə çoxuşaqlı cütlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, valideynlər uşaqlarının ağız sağlamlığına kifayət qədər diqqət yetirməyiblər.
Boras şəhərində üç qardaş diş həkiminə baş çəkdikdən sonra polis uşaqların ailəsi ilə bağlı araşdırmaya başlayıb.
Həkim xəstələri müayinə edib və onlara geniş kariyes diaqnozu qoyub. Uşaqların dişləri o qədər pis vəziyyətdə olub ki, həkim onların bir neçəsini çəkməyə məcbur qalıb.
Əməliyyatdan sonra həkim həyəcan təbili çalıb və məlumatı aidiyyəti quruma ötürüb.
Valideynlər baş verənlərdə günahlarını inkar ediblər, lakin onlar yenə də məhkəmə qarşısına çıxarılaraq real həbs cəzasına məhkum ediliblər. Məhkəmə cütlüyün uşaqlarının dişlərini kifayət qədər tez-tez fırçalamadığını müəyyən edib. Bunun üçün onların hər biri səkkiz ay dəmir barmaqlıqlar arxasında qalacaq.