Müğənni Zamiq geyim mağazası açdı
19 oktyabr 2010 18:07 (UTC +04:00)

Müğənni Zamiq geyim mağazası açdı

Lent.az-ın məlumatına görə, müğənni məşhur ticarət məkanlarının birində adının və soyadının baş hərflərini daşıyan “ZH” mağazasının açılışını edib.

Müğənni deyib ki, bu günə qədər Türkiyənin bir neçə geyim fabriki ilə əməkdaşlıq edirmiş. Həmin geyimlərin dizaynı və modelin ideyası özünə məxsus imiş: “Artıq bu geyimlərdən gənclər də istifadə edəcəklər. İndi Zamiq kimi geyinən gənclərin sayı çox olacaq. Hələlik kişilər barəsində düşünmüşəm. Mağazada təkcə kişi geyimləri olacaq. Gələcəkdə isə öz adımı brend etmək fikrindəyəm”.

Müğənni əməkdaşlıq etdiyi geyim fabriklərinin reklam simasına çevrildiyini, yeni fotosessiyalar etdirdiyini və yaxın günlərdə mətbuata təqdim edəcəyini də əlavə edib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2522

Oxşar yazılar