“Elə şeylərə toxunacağıq ki, ola bilsin, verilişimizi bağladılar” - MÜSAHİBƏ
18 oktyabr 2010 18:16 (UTC +04:00)

“Elə şeylərə toxunacağıq ki, ola bilsin, verilişimizi bağladılar” - MÜSAHİBƏ

- Etiraf edək ki, bu gün Heydər Əliyev sarayında müğənnilərin əldə etmədikləri rekorda yumorçular nail ola bilirlər. Siz bir ildi telekanalda yumoristik proqram aparırsınız, müəyyən qədər özünüzü təsdiq edə bilmisinizmi? Sizin yumorunuz tamaşaçıya çatırmı?

- 2009-un iyun ayında birinci verilişimiz başlayıb - “Zarafatsız”. Ən azından tamaşaçıların, millətin reaksiyasını görürük. Yalançı münasibəti bir adam, göstərə bilər, uzağı iki, üç... İki-üç verilişdən sonra artıq bizimlə şəkil çəkdirməyə başladılar. Proqramın çəkilişinə tamaşaçı qismində ancaq gənclər, tələbələr gəlmir, qadınlar, ağsaqqallar da gəlir. Baxırdıq ki, tək gənclərin marağı yoxdur. Bundan başqa hər şansı bir məkana gedəndə görürük, müğənniləri necə qarışlayırlar, bizi necə qarşılayırlar. E-mail ünvanımıza məktublar yollayırlar. Başqa verilişlərə “massovka” ilə adam toplaşır, lakin bizdə bu baş vermir. Gələndə ən azı 90-100 nəfər adam gəlir. Yeni il çəkilişində ən azı 300 nəfər adam var idi.

Bilirsiniz, var - populyarlıq, var - sevilmək. Bizə baxırlar, sevirlər, şəkil çəkdirirlər.

- Yumorun məqsədi və hədəfi var. Sizin məramınız nədir? Təkrarçılıq çoxdur?

- Ola bilsin nəsə zəif alınır, amma heç kimi təkrarlamırıq. Deyim ki, çıxışlarımızla tamaşaçıları bütünlüklə maarifləndiririk, etiraf edək ki, yox. Millət daha çox parodiyaları sevir. Biz çoxlu müşahidələr aparırıq. Xüsusilə müğənnilərin çatışmayan cəhətlərini, verilişləri parodiya edirik. Misal üçün, veriliş xətrinə edilən verilişləri... Göstəririk və onlara imkan yaradırıq kənardan mənzərələri görə bilsinlər. Ümumiyyətlə, cəmiyyətdə aktual nə varsa, onu təqdim edirik. Hamı da bilir ki, söhbət nədən gedir...

- Dediklərinizi bizim səhnədə Rafaellə Coşqun da edir, sizin missiyanız və ya yeni mövzu yoxdu?

- Biz yenilik nə edək, açıq havada konsert edək?

- Sizin səhnədə edəcəyiniz yenilikdən və ya kimləri parodiya edəcəyinizdən söhbət getmir. Yumorçular sərrast və diqqətli olurlar. Həmkarlarınızın diqqətindən yayınan hansı həqiqətləri yumorla göz önünə gətirdiniz?

- Misal üçün, idman sahəsindəki gözdən yayınan kəm-kəsirlər. Hədəfimiz futbol şərhçiləri oldular. Meyxananı parodiya edirik. Bizdə çıxış zamanı müəyyən bir xətt var, o xətdən istifadə edirik. Başqaları bunu etməyiblər. Gülməli mahnıları götürüb “Zəngimcell” yükləmələrində istifadə edirik. Ekstrasenslərin parodiyası, hava xəbərlərini aparanları parodiyaları... “Həlləm–qəlləm” rubrikamız var, o da diqqəti çəkir, Fərda onu üç veriliş etdi, davam etdirmədi. Bizim etdiklərimiz onlardan qat-qat güclüdü.

- Özünüzə dair hansı səpkidə iradlar eşidirsiniz?

- Elə tamaşaçılar var ki, deyirlər ki, niyə siz filan-filan mövzulara toxunmursunuz. Onların bizdən tələb etdikləri mövzu isə bizlik deyil. Düzdü, tamaşaçının fikrini, iradını qəbul etmək, düşünmək lazımdır. Lakin biz özümüz elə səhnəciklər etmişik ki, efirə getməyib.

- Hər sahədə münaqişə var. Siz gənc nəsil olaraq nəsil davası yaşamısınız?
Böyük nəslə iradlarınız var?


- Fariz: Mənim bir ssenarist kimi Rafaellə Coşqundan çox Müşfiqlə münasibətim var, başqa layihədə birlikdə işləmişik. Azərbaycanda yeganə insan Müşfiqdi ki, ona ssenari göstərmişəm ki, bu necədir? Sırf iş praktikamda Müşfiqlə məsləhətləşmişəm. Coşqunla da münasibətim var. Onu aktyor kimi tanıyıram. Lakin deyim ki, Coşqun və Rafaelə olan iradlar bizə yoxdur.

- Onlar daha çox qadın paltarı geyindiklərinə görə irad eşidirlər...

- Elə biz də qadın geyimləri geyinirik. Yumorda müəyyən şərtlər var. Biz oynayanda qadının əzalarına qədər oynayırıq. Şərti istəmirik. O qəbul olunmur. Parikdən tutmuş əzalarına qədər oynayırıq. İslamda qadın obrazları gözəl alınır.

- Sizi niyə daşlamırlar?

- Onlar lap irəlidə olduqları üçün, bizdən öncə qadın obrazlarını canlandırdıqları üçün elə ilk dəfə də onlar rezonansa səbəb olublar. Coşqun və Rafaeldə elə bir konsert yoxdur ki, qadın obrazları olmasın. Konsertin 5 nömrəsindən 4-ü qadın tipajlarıdır. Bizdə isə belə deyil. Bir də ki, televiziya verilişi başqadı, konsert başqa. Konsert qəbul olunursa, niyə də olmasın?

- Bir həqiqət də var ki, tamaşaçı yumordan çox qadın paltarının kişi aktyorda necə görünməsinə baxır. Daha çox şou qismi maraq kəsb edir.

- Onlar ancaq hərəkətlərlə güldürmür axı. Dəqiq zarafatlar da olur. Əgər mən qadın obrazı yazıramsa, o məni bütünlüklə tamamlamalıdır. Məsələn, çox gözəl yemək bişirmisən, əhval-ruhiyyə ilə... Bir var yeməyi gözəl atmosferdə təqdim edəsən, biri də var maşında. Qadın obrazını da elə təqdim etmək lazımdır ki, hər şey uyğun gəlsin.

- Onların təqdimatlarında bəyənmədiyiniz heç nə yoxdur?

- Bilirsiniz, şou olmalıdır. Çünki bunun biznes tərəfləri də var. Bizim bütün komandanın qarşısında böyük məqsəd var. Hələlik publika və səhnəciklərimiz müqayisədə zəif ola bilər. Lakin biz bilsək ki, bu sənətdə az sonra deyəcəklər ki, Rafael və Coşqundan zəifsiniz, biz bu işə girişmərik.

- Rafael və Coşqunun tamaşalarına baxanda nəyi bəyənmirsiniz?

- Biz tamaşaçı kimi baxanda deyirik ki, nəsə çatmır. Bilirsiniz, bizdə çox çərçivələr var. Sözün əsl mənasında elə bil qorxurlar ki, yumor varsa, sanki hər şeyi “dağıdarıq”. Elə şeylər var ki, zəmanədə o əyər-əskik varsa, göstərilməlidir. Məqsədim budur ki, televiziya çərçivəsindən çıxaq. Elə ideyalarımız olub ki, bunu etsək ajiotaj yaradar, lakin qoymayıblar. Heç o yumorları həftəlik proqrama da sığdıra bilməmişik. Ola bilsin, konsertdən sonra verilişimizi bağladılar. Sərhədlər çox olub, lakin Allahın köməyilə bildiyimizi edəcəyik. Elə parodiyalar olacaq ki! Elə şeylərə toxunacağıq ki, ola bilsin, bundan sonra bizə konsert verməyə imkan verməsinlər.

- Elə müğənnilər var ki, konsertdə parodiya ediləcəyindən əvvəlcədən xəbər tutur və “mənə ilişənə elə ilişərəm ki” deyib mane olur.

- Elə şey ola bilməz. Biz söyüş söymürük, nağıl danışmırıq. Verilişdə çox müğənniləri parodiya etmişik. Soruşurlar ki, filan müğənni sizi tutdurmadı, döydürmədi? Bizim proqram boyu belə problem olmayıb.

- Bəlkə də xəbərləri olmayıb, baxmayıblar, ona görə...

- Baxıblar da, fikir də bildiriblər. Konsertdə biz anons verməyəcəyik ki, kimi parodiya edəcyik.

- Konsertdə musiqili qonaqlar olacaq?

- Natəvan, Nadir Qafarzadə, Elnur olacaq, bu dəqiqdir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265

Oxşar yazılar