Azərbaycanlı model və Ebru Polad Bakıya gələcək - EKSKLÜZİV
Lent.az-ın məlumatına görə, Günay Musayeva oktyabrın 22-də Bakıda keçiriləcək “Best model of Azerbaijan” müsabiqəsinə qatılacaq. O, bunun üçün “Best model of world”un prezidenti Erkan Özərman tərəfindən dəvət alıb. Daha əvvəl dünya üçüncülüyü qazanan model xəbəri Lent.az-a təsdiqləyib: “Bu müsabiqəyə məni Erkan Özərman dəvət etdi, əslində artıq belə müsabiqələrdə iştirakım və nailiyyətlərim olduğu üçün gəlmək istəmirdim. Lakin Erkan bəy dedi ki, bu il güclü iştirakçılar olacaq və obyektiv seçimdə mənim mübarizəmin nəticəsini görmək istəyir. Bundan sonra qərar verdim ki, müsabiqəyə qatılım. Sentyabrın 18-dən 22-dək Bakıda olacağam və məşqlərə qatılacam. Müsabiqədə dostum Yusif Güney də mənə dəstək olaraq çıxış edəcək ”.
Maneken və müğənni Ebru Polad isə müsabiqədə qonaq qismində iştirak edəcək. Erkan Özərmanın dəvət etdiyi türkiyəli müğənnilərinin arasında hələlik Yusif Güney və Ebru Poladın müsabiqədə iştirak edəcəyi dəqiqləşib.
Qeyd edək ki, müsabiqədə Romazzo adlı modelyerin kolleksiyaları nümayiş etdiriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Meşə yanğınları Bülent Ersoyun villasına yaxınlaşdı - VİDEO
25 iyul 2025 , 19:01
Bred Pitt keçmiş arvadının eşq münasibətinə sevinir: O, xoşbəxt olacaq
25 iyul 2025 , 17:22
Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI
25 iyul 2025 , 13:18
Fahriye Evcenin bu FOTOLARI sosial medianı silkələdi
24 iyul 2025 , 19:20
"Həyatımın sevgisi" demişdi: Şeyma Subaşı və Marlon Teyşeyra ayrıldı
24 iyul 2025 , 17:33
Maykl Ceksonun qızı küçədə ağlaya-ağlaya gəzdi
24 iyul 2025 , 16:49
Ölüm xəbəri yayılan Sərdar Ortac DANIŞDI
24 iyul 2025 , 14:57