Sezen Aksu əməliyyat olunub
Lent.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, tanınmış müğənninin mədəaltı vəzindəki şişin xərçəngə çevrilməsi təhlükəsi yaranıb. Bu səbəbdən də həkimlər cərrahi müdaxiləni vacib sayıblar.
Sezen Aksunun həkimi Orxan Bilgə təhlükənin geridə qaldığını və müğənninin həyatı üçün təhlükə olmadığını deyib. O, həmçinin bildirib ki, sənətçi hələ bir müddət xəstəxanada həkim nəzarəti altında qalmalıdır.
Sezen Aksu əməliyyat olunarkən onun keçmiş həyat yoldaşı Öndər Fırat, tanınmış müğənnilər Tarkan, Gülbən Ərgən, Aşkın Nur Yengi və başqaları da xəstəxanada olublar.

895