Rəqsanənin 117 minlik maşınını əlindən alan şirkət rəhbəri barışıqdan imtina etdi!
Müğənnin Rəqsanə İsmayılova növbəti dəfə hkəmədə uduzdu
Bakı Apellyasiya Məhkəməsində məşhur müğənni Rəqsanə İsmayılovanın Yasamal rayon Məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən Lent.az-a verilən məlumata görə, hakim Mirzə Tağızadə Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ötən məhkəmə prosesində hakim tərəfləri barışığa çağırmasına baxmayaraq, “Pareks lizinq And Faktorinq” MMC bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Rəqsanə 2006-cı ildə “Pareks lizinq And Faktorinq” MMC ilə müqavilə bağlayaraq, lizinq yolu ilə “Range Rover Sport” markalı xarici avtomobil alıb. Avtomobilin qiyməti 117 min ABŞ dolları olub.
Rəqsanə Dövlət Yol Polisi İdarəsində avtomobili öz adına sənədləşdirib və avtomobilə “10-JR-090” dövlət nömrə nişanı verilib.
Müğənni əvvəlcədən 25 min dollar ödəyib. Lakin bir müddət sonra şirkət müğənninin avtomobilini geri alıb. Buna səbəb müğənninin ipoteka qaydalarının lizinqdə tətbiq olunmasını istəməsi olub. Qarşı tərəf isə bununla razılaşmayıb.
Müğənni bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edərək, MMC ilə bağlanmış müqavilənin etibarsız sayılmasını, avtomobilin hərrac yolu ilə satılmasını, əldə olunan vəsaitlə öz pulunun geri qaytarılmasını, qalan pulun isə qarşı tərəfə çatmasını istəyib. Lakin rayon məhkəməsi bu il yanvarın 16-da çıxardığı qərardadla qalmaqallı müğənninin iddiasını təmin etməyib.
Müğənninin vəkili Xalid Bağırov Bakı Apellyasiya Məhkəməsinin keçən prosesində çıxış edərək Rəqsanənin MMC-nin nümayəndələri ilə şəxsi münasibətlərinin olduğunu (vəkil müğənninin konkret olaraq MMC rəhbərliyi, yoxsa şirkətin sıravi nümayəndələrilə şəxsi münasibətlərinin olduğunu deməyib - P.A.) önə çəkib. O, tərəflər arasında bağlanmış müqavilənin düzgün rəsmiləşdirilmədiyini deyib: “Şəxsi münasibətlər olub, bu səbəbdən də qarşı tərəf kredit verməyə razı olub. Ancaq müqavilə düzgün rəsmiləşdirilməyib”.
“Pareks lizinq And Faktorinq” MMC-nin hüquqi nümayəndəsi, vəkil Siracəddin Kərimov isə həmin proses zamanı Rəqsanənin televiziya və qəzetlərdə çıxış etdiyini xatırladaraq, müğənninin əqli cəhətdən normal adam kimi göründüyünü deyib. O, həmçinin müğənninin vəkilinə “müqavilə bağlanarkən Rəqsanə xanıma hansısa təzyiq edilibmi” sualını verib. Lakin qarşı tərəf sualı cavablandırmaqdan imtina edib. Müğənninin vəkili deyib ki, kredit müqaviləsi bağlayarkən əksər şəxslər onun şərtlərini oxumur.
S.Kərimov isə təmsil etdiyi qurumun müştərilərlə bağladığı müqavilələrin mətninin eyni olduğunu bildirib. “Əgər pulunu ödəyə bilməyəcəkdisə, nə üçün Rəqsanə xanım o cür bahalı maşın alırdı?!” – deyə, o əlavə edib.
Ötən proses zamanı hakim Mirzə Tağızadə tərəfləri barışığa çağırmışdı. MMC-nin vəkili isə qarşı tərəflə barışıq əldə etmə ehtimalının olmadığını bildirmişdi. Belə olanda hakim “hər halda, siz gedin şirkətin rəhbərliyinə barışıq təklifini çatdırın” demişdi. Hakim həmçinin Rəqsanənin vəkilinə də analoji təklifin müğənninin özünə çatdırılmasını istəmişdi.
Pərvin ABBASOV

1375