Flora Kərimovanın şikayəti təmin edilmədi
Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə ilkin məhkəmə iclası keçirilib.
Məhkəmə ilə bağlı Faiq Ağayevin mətbuat xidməti və vəkili Kamil Məmmədov birgə bəyanat yayıb. Lent.az-ın xəbərinə görə, bəyanatda bu gün hakim Svetlana Əhmədovanın sədrliyi ilə xalq Artisti Flora Kərimovanın xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə ilkin iclas keçirildiyi bildirilib.
Hakim Svetlana Əhmədova müşavirədən sonra Flora Kərimovanın şikayətini qəbul etməkdən imtina edib.
Flora Kərimovanın şəxsi nümayəndəsi Qurban Məmmədovun qərara münasibəti belə olub: “Flora Kərimova sənəti və şəxsiyyəti ilə Azərbaycanda tanınır. Şəxsən mən hesab edirəm ki, Flora Kərimovaya qarşı hücum kampaniyası var, sənət aləmində hansısa əllər tərəfindən idarə olunur və şikayətin qəbul olunmaması qanunsuzdur.. Həmin ərizədə göstərilmişdi ki, Faiq Ağayev müxtəlif kütləvi informasiya vasitələrində Flora Kərimova haqqında heç bir əxlaqa, milli-mentalitetə uyğun olmayan, küçə sözlərindən ibarət məlumatlar yayıb. Buna görə o, mütləq ittiham qaydasında cavab verməlidir. O, mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Q.Məmmədov qərardan apellyasiya şikayəti verəcəyini deyib.
Lalə Yusifqızı

Oxşar yazılar
Nura Suridən BİR TƏSƏLLİ
2 iyun 2025 , 12:01
Miri Yusif Türkiyədən Bakıya köçür - VİDEO
2 iyun 2025 , 11:52
Məşhurlar Bodrumda: Qucağında sahilə apardı -FOTOLENT
2 iyun 2025 , 10:28
Serialların ulduzu öldü
1 iyun 2025 , 12:57
Dünyanın ən böyük yanaqlı qadını fotosunu paylaşdı
30 may 2025 , 15:08
Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahəti – Ağızlar açıq qalıb
30 may 2025 , 10:56
Məşhur müğənni sərxoş olub təyyarədə dava saldı
29 may 2025 , 19:07