Ebru Gündeş evli olduğunu açıqladı!!!
06 aprel 2009 10:30 (UTC +04:00)

Ebru Gündeş evli olduğunu açıqladı!!!

Türkiyə müğənnisi Ebru Gündeş İstanbulun “Bostancı göstəri mərkəzi”ndə verdiyi konsertə gəlinlik geyimi ilə çıxıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Gündeş konsert boyunca sevənləri ilə səmimi söhbət edib. Ailə qurmaq arzusunda olan sənətçi heyranlarına “34 yaşım var, hələ evlənə bilmirəm. Deyəsən, mən sizlərlə, yəni sevənlərimlə evliyəm”, deyib.

Konsertin ikinci yarısında isə müğənni özəl qiyafədə səhnəyə çıxıb. Gündeşin paltarını gözəl daş-qaşlar tamamlayıb.

Konsertdə bir-birindən gözəl mahnılar səsləndirən Ebru Gündeşi izləməyə gələnlər arasında ailə üzvləri də olub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar