Zamiq Məhəbbət Kazımova “Məhəbbət xanım” dedi - EKSKLÜZİV
Prodüser: “Maşallah, sizdə də bir məlumat olan kimi, yazırsınız...”
Gənc müğənni Zamiqin Məhəbbət Kazımova “Məhəbbət xanım” deməsi müğənnini özündən çıxarıb. Lent.az-ın etibarlı mənbəyə istinadən məlumatına görə, hadisə paytaxt restoranlarının birində baş verib. Toy mərasimində iştirak edən sənətçilər bir-birinin ardınca çıxış etməli imişlər. Məclisdə Məhəbbət Kazımovdan əvvəl səhnə alan Zamiq səs-küylü ortamda sənətçiyə düz beş dəfə “Məhəbbət xanım” deyə müraciət edib. Məhəbbət Kazımov bu xitabdan bərk qəzəblənərək məclisi tərk edib.
Hazırda Məhəbbət Kazımov Moskvada toy məclisində iştirak etdiyi üçün müğənnidən münasibət öyrənmək mümkün olmadı.
Zamiqin prodüseri Rizvan Məmmədov Lent.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib. O, Zamiqin bu addımını “texniki səhv” adlandırıb: “Hər bir insanda olan səhvlərdən biridir, ola bilər. Biri digərinə “sən” deyə bilər, adını yanlış deyə bilər, çox şey ola bilər. Maşallah, sizdə də bir məlumat olan kimi, yazırsınız...”
Prodüser bu açıqlamadan sonra hadisəyə bir qədər düzəliş verib: “Zamiq oxuduqdan sonra təşəkkür edib, deyib ki, çox sağ olun, Məhəbbət xanım. Sonra isə hadisəni anlayaraq düzəliş edib və deyib ki, üzr istəyirəm, Məhəbbət bəy!”
Nəzrin

1762