İlhamə Quliyeva ilə Faiq Ağayev vəkil tapa bilmirlər
Bu gün Yasamal rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artistləri İlhamə Quliyevaya və Faiq Ağayevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb.
İddiaçı Flora Kərimovanın vəkili Yunus Vəliyev APA-ya açıqlamasında bildirib ki, hakim Svetlana Əhmədovanın sədrliyi ilə keçirilən prosesin təxirə salınması üçün İlhamə Quliyeva məhkəməyə müraciət ünvanlayıb. Müraciətdə İ. Quliyeva vəkil tuta bilmədiyini, bu səbəbdən prosesin təxirə salınmasını xahiş edib. Məhkəmə prosesi aprelin 9-na təyin olunub. Y. Vəliyev onu da deyib ki, ötən məhkəmə prosesinin təxirə salınmasını da Faiq Ağayev istəyib: “Ötən dəfə Faiq Ağayev məhkəməyə ünvanladığı müraciətdə vəkil tuta bilmədiyini və bunun üçün ona vaxt verilməsini istəyib. Onların vaxt istəmələrində də bir məqsədləri var. Düşünürlər ki, bəlkə bu vaxt ərzində Flora Kərimova onları bağışlayar. Hər ikisi də çox gözəl bilir ki, onların başqa çıxış yolu yoxdur. Söz deyiblər və cavabını da verəcəklər”.
Qeyd edək ki, F. Kərimova iddia ərizəsində Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə adı çəkilən şəxslərin barəsində cinayət işinin başlanması və onların məsuliyyətə cəlb olunmasını tələb edib.

Oxşar yazılar
"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14