Maestro Ceyhun: “Neyləmişəm ki, Firəngiz Əlizadə məni bəyənmir?”
Lent.az-ın budəfəki həmsöhbəti və qonağı skripkaçı Maestro Ceyhundur. Ceyhun reallaşan və reallaşmayan arzularından, səhnədəki hadisələrdən və öz bacarığından danışdı.
- Bu günlərdə maraqlı açıqlama verdiniz. Skripkanı muğamla qovuşdurmaq arzusundasınız.
- Bəli, mən çox istəyirəm ki, skripkada muğam təsniflərini ifa edim. Bu şikayət, etiraz yox, sadəcə arzu idi. Burada pis nə var ki? Mugam festivalında bütün ölkələrdən gələnlər ansamblda skripkadan istifadə edirdilər. Bütün dünyada bunu edirlər. Hindistanlı, özbək skripkanı dizinin üstünə qoyur, muğamı çalır.
- Bu gün Rəmiş gitarada muğam parçaları ifa edir, hamı da qəbul edir. Yəqin ki, sizin arzunuzun gerçəkləşməsi də özünüzdən asılıdır.
- Siz nə bilirsiniz Rəmişə təzyiqlər olmayıb? Söhbət ondan getmir. Söhbət skipkanı milli-folklor dünyasına salmaqdan gedir. Biz bunu edə bilərik. Tar kamanla muğam oxunur, çox gözəl. Mən istərdim ki, muğamda skripkanın da səsi eşidilsin. Niyə, bizim cənub qonşularımız skripkada elə dəsgahlar çalır ki, baxıb deyirsən, ay can, ay can... Biz alətlərimizi itiririk ey, kamançanı oğurlayıblar, balabanımız oğurlayıblar. Bu gün sabah tarı da oğurlayacaqlar. Əgər Ceyhun varsa... yaxşı, özümü demirəm, Əli,Vəli, Pirvəli varsa, klassikanı səviyyəli surətdə təqdim edə biliriksə niyə bunu biz etməyək? Bu şans yüz ildə bir olacaq. Ceyhun skripka çalmasa, kim çalacaq? Bir nəfəri qoysunlar ortaya çalsın, mən də çəkilim bir kənara da! Bunu edənə imkan vermirlər, edəndə də mane olurlar. Onunla mənim suyum-çörəyim kəsilmir. Sadəcə bir az daha dərin fikrləşmək, insanı görmək lazımdır.
- Festivaldan öncə də Firəngiz Əlizadə demişdi ki, başqa ölkələrdən olan ifaçılar sırf muğam deyil, muğam ladları üzərində müxtəlif janrlarda musiqilər ifa edəcəklər. Yəni, həmin ifaçılar sırf muğam dəstgahları ifa etsəydilər, triodan istifadə edərdilər. Bir də çox maraqlıdır, deyirsiniz, sizi olduğunuz kimi, fenomenal istedad kimi qəbul etmirlər?
-Əlbəttə, Firəngiz Əlizadə mənim musiqilərimi bəyənmir. Mən neyləmişəm ki, o xanım mənə qarşı qərəzli mövqe tutur? Mən xərçəng bürcüyəm də, insana baxan kimi deyə bilərəm nə nədir.
- Sizə özünüzü dəyərləndirdiyiniz qədər qiymət verilmir?
- Baxır harda. Musiqi dünyasında indi o heyət yoxdur ki, olduğu kimi qiymətini alsın. Musiqi dünyasında pisə yaxşı deyiləcək. Çünki təmiz ayrı aləmdir. Senzura kimi yalnız mənə dərs deyən müəllimlərin, tamaşaçıların rəyini qəbul edirəm. Başqaları toya-moya gedəndə mən xaricdə geniş kütlə qarşısında çıxış etmişəm. Həmişə tarixdə belə olub. Hündür ağaclar talada təkbaşına susuz, baxımsız yaşlanıb qalıblar. Onların taleyi belədir. Meşənin içində balaca-balaca ağaclar çox olur...
- Sənət aləmində belə cəsarətli açıqlamalar verən, kifayət qədər demokratiya nümayiş etdirən adamlar incəsənət aləmində birmənalı qarşılanmır...
Misal üçün, elə sizin gənc yaşda özünüzə “Maestro” adını qəbul etməyiniz ilk gündən birmənalı qarşılanmır.
- Əvvəl kimlər xalq artisti adına layiq idi, indi kimlər layiqdir? Təbii ki, dövlətin verdiyi addır, heç kim bu qərara qarşı çıxa bilməz, amma insanlar özləri də çaşqınlıq içindədirlər. Həyatda bəzi ziddiyətlər var, lakin mən maestor Ceyhun, yox Ceyhun İsmayılov kimi - kişi həyatı sürürəm. Mən elə ömrümün sonuna qədər, adıma ləkə gəlmədən, kişi həyatı sürmək istəyirəm. Azərbaycan xalqını çox sevirəm, lakin ölkə xaricində olanda yəhudi, rus dostlar həmişə mənə deyir ki, sən bizim ölkədə yaşasaydın, artıq musiqi ocaqlarında qərb və şərq musiqisini tədris edən müəllim kimi çalışmışdın. Mən isə hələ burada söz davasına çıxmaqla, onun-bunun atmacasına izahat verməklə məşğulam. Mən heç kimə bundan sonra cavab-izahat vermək fikrində deyiləm. Sadəcə olaraq, arzularımı, təkliflərimi deyirəm. İndi güman edirəm ki, bu müsahibəm mütəxəssislər, incəsənət adamları tərəfindən yaxşı yerə yozulacaq. Mən musiqiyə də təsadüfi gəlmişəm. Orta məktəbi əlaçı oxumuşdum. Necə deyərlər, bu da bir nağıl idi, düşdük. Şükür Allaha, nəinki başqa musiqiçilərdən üstünəm, həm də reytinqli müğənnilərdən yaxşı özümə yer tutmuşam.
- Sizin sferada rəqabət var?
- Mən öz sferamda rəqabət görmürəm. Hansısa korporativ tədbirə gedəndə “mənəm-mənəm” deyən müğənnilərdən az qonorar almıram, məclisdə sona qədər oturmuram. Ansambl arxasında çalmıram. Onların ifa etdiyi skripka filan qiymətədir, mənim ifa etdiyim skripka filan qiymətə. Bunlar hamısı şərtdir. Mən o alətə verdiyim pula ikinci bir maşın alardım.
- İncəsənət adamı üçün dəbdəbə, bahalı əşya şərtdir? Bu nəyin ölçüsüdür, meyarıdır?
- Dəbdəbə bilirsiniz nəyin kriteriyasıdır? Məndə olan potensialın. Allaha qurban olum, mənə verdiyi qulağın, dərk etməyimin işarəsidir. Hələ bu çox azdır. Mən arzuladığım vəsait olsa, bir studiya açaram. “Euovision”a görə gedib xaricdə mahnı yazdırmaram, hamı elə burada lentə alar. Bütün Qafqaz, Orta Asiya burada yazdırar.
- Əvvəlki müsahibələrinizin birində çox iddialı açıqlamalar vermişdiniz. Öz yaxın dostunuz olan bir sənətçi haqqında demişdiniz ki, o dostum olsa da, müğənni kimi yaxşı müğənni deyil.
- Siz təcrübəli aşpaz olsanız, hər yeməyi bəyəndirmək olar? Mənim birinci qulağım eşidir. Musiqi istedadı olmayan insanlar ancaq deyə bilər ki, bu yaxşı oğlandır. Bir də dostluq etmək üçün o qədər də qəliz insan deyiləm axı. Mənimlə dost olmaq üçün dəqiq olmaq, kişi olmaq Allahdan qorxmaq lazımdır. Bax, belə şeylər var...
-“Kişi” kəlməsini xüsusi vurğulayırsınız. Kişi olmayanları heç sevmirsiniz?..
- Bilirsiniz, ola bilər ki, bu təbii bəladır, fizioloji yox, bioloji-genetik bir müsibətdir onlar çəkir. Yaxşı olar ki, bu müsibəti çəkə-çəkə onlar sakitçilikdə, ayrılıqda yaşasınlar. Axı yeniyetmələr, bixəbər tamaşaçılar onlara cüzi də olsa, pərəstiş edir. Özlərini bənzətmək istəyir.
- Müsahiblərimdən biri incəsənətdəki mavilərin kişilərə paxllıq etdiyini demişdi. Siz bu paxıllığı görümürsünüz?
- Mən sizə bir söz deyim? Nə o şəxslər, nə başqaları heç vaxt üzümə paxıllıq etməyə cəsarət etməyiblər. Qaldı ki, mənim onlar haqqında bir-iki kəlmə deməyimə, bəzən məni qınayırlar ki, siz üzdə olan insansınız, bu biabırçılığa göz yummayın da, bir söz deyin! Deməkdən başqa mənim əlimdən nə gəlir? Mən telekanal rəhbəri deyiləm ki, onları efirdən yığam. Psixoloq deyiləm ki, təsir edəm. Sadəcə olaraq insanlar özləri bir az belə şeylərdə ayıq olmalıdır.
Əslində biz inkişaf haqqında düşünməliyik. Sağ olsun ölkənin birinci xanımını. Muğam bu qədər ayağa qalxdı. Musiqiçi kimi mənə olduqca xoş təsir bağışladı.
Mən də istəyirəm ki, skripkada muğam ifa edim. Təsəvvür edin ki, caz ifaçıları ilə səhnə almışam, Amerikanın Texas ştatından gələn musiqiçilər ilə çalmışam. İndi də muğam ifa etmək istəyirəm. Bunun nəyi pisdir?? Alqışlamaq lazımdır, ey, yoxsa... Şərait yaratmaq lazımdır. Ona görə də muğamla əlaqədar təşkilatlar, insanlar ümid edərəm ki, mənim fikrimi bəyənər...
- Görürəm, seçiminiz çox qəlizdir. Kimisə, nəyisə bəyənmək sizin üçün asan iş deyil.
- Mən bəyənirəm kimi? Alim Qasımovu, Azər Zeynalovu, Bəyimxanımı, Babək Niftəliyevi...
- Elə maraqlı nüanslardan biri də bəstələrinizi populyar müğənnilərin deyil, gənc, istedadlı muğam ifaçılarının oxumasıdır.
- Əlbəttə, mənim populyar, çəkili, lakin səsi olmayan müğənnilərlə işim yoxdur.
Elə populyar müğənni var ki, mənə yaxşı pul təklif etdi, lakin ona mahnı vermədim. Dedi, “Odlar yurdu” orkestri ilə birgə oxuyaq, razı olmadım. Mənim mahnımı seçilən insanlar oxuyur. Deyirsiniz bəyənmirəm. Niyə bəyənmirəm?!. Bizdə o qədər yaxşı səs, instrumental ifaçı var ki! Qalanları o qədər populyardı ki, düzdür onlar atılır-düşür, lakin ondan başqa qeyri-adi heç nə yoxdur.
- Sizin Sibel Canla işbirli layihəniz hələ də aktualdır?
- Sibel çox yaxşı xanımdır. Lakin o şir bürcü olduğundan, burada dediyi elə burada da yadından çıxır, unudur. Biz tez-tez telefonla danışırıq. Arada mən Türkiyədə oldum. Orada Əlixan Səmədovla birgə konsertimiz olmuşdu. O vaxt mən Sibellə görüşə bilmədim. Çünki Türkiyədə yox idi, Mayamiyə getmişdi. Mahnımı oxumalı idi. Sibel Can səkkiz martda Bakıya gəlində mən rayonda korporativ tədbirdə idim. Onda da o məni görmədi. Bəlkə başqası mənim yerimdə olsaydı, artıq gəlib Sibeli görmüşdü. O məni görmədi, mən də onu görmədim. İnşallah, görüşürüz...
- Çox prinsipial insansınız, adətən belə xarakterli insanları əksəriyyət sevmir...
- Hansısa bir müğənni məndən mahnı xahiş edir. Deyirəm ki, sabah saat filanda görüşürük. Oldu, baş üstə, gözləyəcəm, deyib vaxtında ona zəng çatmırsa, artıq o insanın üstündən xətt çəkib, mahnını başqa müğənniyə verirəm. Məndə bir xasiyyət var, təlim-tərbiyə, nizam-intizam yarada bilirəm. Məşədi Ibad demişkən, xəlqin gözü pis görür. Elə bizdə nizam-intizam yoxdur deyə, qabağa gedə bilmirik.
- Ailədə də beləsiz?
- Bəli, ailədə də beləyəm. Hər şeyi vaxtında xoşlayıram.
- Sizdən əvvəl skripkanı təbliğ edən ifaçılar Kazbek və Natiq Nuriyevlə münasibətiniz necədir?
- Babal yumaq olmasın... Yox, mənə heç nə deməyiblər. Amma hər halda güclü dəstək də görməmişəm...
Lalə Yusifqızı

2254