Dilarə Əliyeva: “Onun Flora Kərimova barəsində belə danışmaq hüququ yoxdur”
“Atv” telekanalında yayımlanan “Çal-Çağır” verilişinin son buraxılışı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Lent.azın redaksiyasına zəng vuran sadə vətəndaşlar verilişdə “Şərq” qəzetinin əməkdaşı ilə xalq artisti Flora Kərimova arasında baş verən insidentə kəskin münasibət bildiriblər.
Verilişin aparıcısı Dilarə Əliyeva lent.az-a açıqlamasında öz münasibətini və mövqeyini açıqlayıb: “Qarşı tərəf Flora Kərimovanın xalq artisti adına layiq olmadığını “Şərq” qəzetinin müxbiri kimi iddia edir. Mən bütün sadə insanların adından müəyyən etirazlarımı ona çatdırdım. Ekspert Zeynal Məmmədli bu barədə öz fikrini irəli sürdü.
Mən sadəcə baş verən hadisənin mənzərəsini təqdim etdim. Bu, peşə vəzifəmdir. Bu adam yazır, keyfiyyətli, yoxsa keyfiyyətsiz qəzetdə işləyir deyə bilmərəm. Amma belə bir qəzet var. Yazır, jurnalistdir, iddia edir ki, Flora Kərimova xalq artisti adına layiq deyil. Biz jurnalist kimi bu fikri onun irəli sürə bilmək hüququ olmadığını dedik”.
Dilarə Əliyeva hadisəyə şəxsi mövqeyni də açıqlayıb: “Bir sadə azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, Flora Kərimova barəsində belə danışmaq hüququ yoxdur. Bu fikri teleaparıcı kimi də deyə bilərəm. Biz bu veriliş onları dəvət etməklə bütün jurnalistlərin səviyyəsini aşağı salmaq fikrində deyilik. Sadəcə reallığı göstəririk”.
Dilarə Əliyeva eksklüziv olaraq lent.az-a verilişdən sonra hər iki tərəfin bir-biri ilə öpüşüb barışdığını bildirib.
Lalə Yusifqızı

Oxşar yazılar
Nura Suridən BİR TƏSƏLLİ
2 iyun 2025 , 12:01
Miri Yusif Türkiyədən Bakıya köçür - VİDEO
2 iyun 2025 , 11:52
Məşhurlar Bodrumda: Qucağında sahilə apardı -FOTOLENT
2 iyun 2025 , 10:28
Serialların ulduzu öldü
1 iyun 2025 , 12:57
Dünyanın ən böyük yanaqlı qadını fotosunu paylaşdı
30 may 2025 , 15:08
Hande Erçel və Hakan Sabancının 6 milyonluq səyahəti – Ağızlar açıq qalıb
30 may 2025 , 10:56
Məşhur müğənni sərxoş olub təyyarədə dava saldı
29 may 2025 , 19:07