Rza Zərrab Azəri qızı Güneli hələdi
29 mart 2009 12:00 (UTC +04:00)

Rza Zərrab Azəri qızı Güneli hələdi

“Günel susmasa, biabır olacaq”

Azəri qızı Günelin keçmiş sevgilisi Rza Zərrabla bağlı qalmaqalları davam edir.

Azərbaycanlı iş adamı, 25 yaşlı Rza Zərrab Günellə 8 illik sevgi münasibətlərinə ötən ilin oktyabrında son verdiyini desə də, Azəri qızı iş adamının onu unuda bilmədiyini iddia edir. Hətta Günel “Rza sevgilisi olduğunu dediyi Ebru Gündəşin yanında mənə sevgi mesajları göndərir, evinə çiçək yollayır”, - deyə açıqlama verib.

Söz atışmasında son nöqtəni Rza Zərrab qoyub. Lent.az-ın “Posta”ya istinadən məlumatına görə, Günelin açıqlamaları gənc iş adamını qəzəbləndirib.

“Ebrunu çox sevirəm, çox gözəl münasibətimiz var. Ancaq bir nəfər bilməlidir ki, susmaq lazımdır. Susmasa, biabır olacaq”, - deyə Azəri qızını təhdid edib.


Bu açıqlamaya hələlik Günel heç bir reaksiya verməyib.
# 1494

Oxşar yazılar