Gənc azərbaycanlı müğənninin xaç anası var imiş...
Bəstəkar Gövhər Həsənzadənin protejesi, gənc müğənni Orxan Babazadə heç bir ulduzun fəth edə bilmədiyi ucalığı zəbt etmək arzusundadır. Bu barədə Lent.az-a məlumat verən müğənni həmkarlarından fərqli olacağına əmin edib: “Şou əhli bir-birini təkrarladığı üçün artıq tamaşaçıların gözündə adiləşiblər. Bəhsəbəhs, bir-birinin acığına oxşar layihələrə əl atırlar. Saxta qalmaqal sayəsində diqqəti özlərinə yönəldirlər. Amma unudurlar ki, yalanın 40 gün ömrü var... Mən çalışacağam ki, onlara bənzəməyim. Hər hansı layihəni kiminsə acığına deyil, öz istədiyimə görə həyata keçirim...”
Şou məkanında Gövhər xanımı özünə xaç anası hesab edən Orxan getdikcə repertuarını daha da genişləndirir. Belə ki, müğənni durmadan öz üzərində çalışır. Səhərlər vokala, günortalar rəqs məşğələlərinə gedir. Axşamlar isə səsyazma studiyasında yeni mahnılar yazdırır. Musiqisi Gövhər Həsənzadəyə aid olan “Buraya qədər” və “Sən, yenə sən” mahnılarını hazırlayıb, tezliklə tamaşaçıların ixtiyarına vermək fikrindədir.
Lalə Yusifqızı

692