Müğənni Nura ürəyiyumşaq imiş...
18 yanvar 2010 16:30 (UTC +04:00)

Müğənni Nura ürəyiyumşaq imiş...

Piratlarla mübarizə aksiyasına qoşulan müğənni Nura konsertdə iştirak etsə də, fəal mübarizə aparmaq fikrində deyil: “Fikirləşirəm ki, piratlarla dost olsaq, daha yaxşı olar”.
Lent.az-ın məlumatına görə, müğənni qərarının səbəbini belə izah edib: “Heç kimlə düşmənçilik etmək fikrində deyiləm. Axı elə insanlar var ki, orijinal diski almağa imkanları yoxdur. Bu səbəbdən onlarla mübarizə aparmaq istəmirəm.”
Nura məsəlinin həlli yolunu da tapıb: “Biz piratlarla razılığa gəlməliyik. Bəlkə bizim disklərimizin yarısı orijinal olaraq satılsın, sonra isə onlar istədikləri qədər pirat diskləri sata bilər”.
Müğənni müraciət də edib: “Biz pul xərcləyirik, lakin heç nə qazanmırıq. Heç olmasa, bizə yazığınız gəlsin”.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar