“İlhamə Quliyeva  bu işlərdən xəbərsizdir”
18 yanvar 2010 14:30 (UTC +04:00)

“İlhamə Quliyeva bu işlərdən xəbərsizdir”

“Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bir neçə vaxtdır ki, Bakıda deyil. Hazırda səfərdə olan xalq artisti bütün bu hadisələrdən xəbərsizdir. Qəzetin uydurmasına görə, mən konserti başdan-ayağa izləmişəm, sifarişlə xalq artisti Flora Kərimovanın nə vaxt çıxış edəcəyi ilə maraqlanmışam”. Bu açıqlamanı Lent.az-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bildirib.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın 15 yanvarda Bakı Dövlət Sirkində verdiyi konsertdən sonra qəzetlərin birində qəzetlərdən biri yazıb ki, guya İlhamə Quliyeva öz mətbuat katibini həmin gün konsertdə “kəşfiyyata” göndərib.

Faiq Ələkbərli bütün bunlar şayiə adlandırır: “Qəzetdə işıq üzü görən məqalə həqiqətə uyğun deyil. Gərək bir sıra KİV-lər reytinq naminə, qəzet yaxşı satılsın deyə bu cür vasitələrə əl atmasın. Qaldı mənim həmin gün konsertdə iştirak edib-etməməyimə, hadisələr belə olub. Həmin gün kulisdə iştirak edərək, “Space” telekanalının əməkdaşı Ceyran Nərimanla görüşmüşəm, ona öz sevgilərimi Bakı Dövlət Sirkində bildirmişəm”.

Lalə Yusifqızı
# 652

Oxşar yazılar