Röya ilə Rəhim Rəhimlinin köhnə yeni il macəraları
Müğənni Röya yanvarın 13-də Bakının məşhur məkanlarının birində 13 müğənni ilə birlikdə “Köhnə yeni ildə köhnə ilin hitləri” adlı konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, ideyasi Röyanın prodüseri Kənana məxsus olan konsertdə illər boyu hit mahnılara imza atan müğənnilər həmin gün sözügedən mahnıları səsləndirib.
Konsertin aparıcıları - Röya və Rəhim Rəhimli açılışı və bağlanışı öz ifaları ilə ediblər.
Xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artist Aygün Bəylər, İlqar Muradov, Elnarə, Teymur Əmrah, Xumar Qədimova, Elnur, Samirə, Rəqsanənin iştirak etdiyi konsert Röyanın atmacaları ilə yadda qalıb.
Konsertdə iştirak etməyən Natəvan Həbibinin də qulağı cingildəyib. Rəhim Rəhimli Röyanın “W-trio” vaxtında dalaşan qızlardan söz açıb, Röya isə zarafat qarışıq eyhamla “davanı salan şəxs indi burda yoxdur”, - deyib.
Umu-küsüləri geridə qoyan Röya və Nazpəri Dostəliyevanın arasında istilik özünü konsertdə daha aydın büruzə verib. Röya Dostəliyevanı “gözəl və qocalmayan nənə” kimi elan edib.
Kefi kök olan Röya konsert boyu atmacalarından geri qalmayıb. Atmacalardan Rəqsanə də öz nəsibini alıb.
Konsertin ən yaddaqalan məqamlarından biri də darda qalan Rəhim Rəhimlinin anasını köməyə çağırması olub. Özünü ofisiantların qolları üstündə görən müğənni “ay ana” qışqırmaqla yardım istəyib.
Konsert günü həm də Röyanın prodüseri Kənan bu günə təsadüf edən doğum gününü qeyd edib. Stolun biri məhz Kənanın qonaqları üçün ayrılıb.
Rəhimin uğursuzluğu bununla bitməyib. Mikrofonu tez-tez kəsilən müğənni, Röya ilə birlikdə səs rejissoruna bərk əsəbiləşib. Hazırcavab Röya vəziyyətdən çıxmağı da bacarıb. Müğənni səs rejissoruna “2 şirvan” verib Rəhimə qarşı təxribat hazırladığını da elan edib.
Gecədə qonaqlara pulsuz “RÖYA” jurnalı da paylanıb.
Lalə Yusifqızı

1580