Firəngiz Mütəllibovanın verilişi niyə bağlandı?
Akademik Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllibovanın ATV kanalında yayımlanan “Ləziz saat” verilişi yerini “Süfrə Miz”ə verib. Firəngiz Mütəllibova Lent.az-a layihənin bağlanma səbəbləri barədə danışıb.
Aktrisa bildirib ki, verilişin formatının dəyişdirilməsi və canlı efirə getməsi barədə müzakirələr çoxdan başlayıb: “Ancaq bu, mənim iş rejimimlə heç cür uyğunlaşmırdı. Proqramı canlı aparmağa vaxtım olmurdu. Tamaşalar, qastrollar, dərslərlə çatdıra bilmirdim. Şənbə, bazar günləri çox vaxt tamaşada oynayırdım. Xüsusən də bu il işlərim daha çoxdur. Tələbələrim diplom tamaşasına hazırlaşırlar. Ona görə də qərara gəldik ki, mənim verilişim bağlansın. Yeni formatda, canlı olaraq başqa veriliş açılsın”.
Firəngiz Mütəllibova yeni layihəni və onun aparıcılarını bəyəndiyini, verilişin dinamik olduğunu deyib. Yeni bir televiziya layihəsi barədə planlarına gəlincə, aktrisa hələ bu haqda düşünmədiyini söyləyib: “9 ildir, bu verilişə aparıcılıq etmişəm. Xeyli əziyyət çəkmişəm. Bu illərin yorğunluğunu çıxarmaq istəyirəm. Ona görə də hələ azı 1 il dincəlmək niyyətindəyəm”.
Yaradıcılıq yeniliklərindən də danışan Firəngiz Mütəllibova qeyd edib ki, “Evləri köndələn yar” televiziya tamaşasının yeni variantından sonra rejissor Ramiz Həsənoğludan başqa bir təklif də gəlib. Rejissor hələlik adını açıqlamasa da, Mirzə Fətəli Axundovun əsərlərindən birinə müraciət edəcəyini deyib. Hazırda isə aktrisa “Bacanaqlar” serialındakı işini davam etdirir.
Xəyalə Muradlı

1252