Artıq Elarizin də protejesi var...
Bu günlərdə Türkiyədən istirahətdən qayıdan müğənni Elariz 2010-cu il üçün ilk mahnısını yazdırıb. Sözləri Rəsmiyyə Sabirin, musiqisi Nadir Əzimovun olan “Ömür boyu” adlı mahnını müğənni solo yox, duet şəklində pərəstişkarlarına təqdim edəcək. Bu barədə Lent.az-a müğənninin özü məlumat verib.
Elarizin duet ortağı isə gənc həmkarı, “Azəristar 2008” mahnı yarışmasının iştirakçısı Yaqut Nərimandır. Maraqlı məqamı nəzərinizə çatdıraq ki, Elariz gənc Yaqutu hər kəsə öz protejesi kimi təqdim edəcək: “Bildiyiniz kimi, bəzi üzdəniraq həmkarlarım populyarlığımdan istifadə edib, intriqa yaradaraq sayəmdə reklam axtarırlar. Söhbətin kimlərdən getdiyini yaxşı anlayırsınız. Əminəm ki, məhz onlar mənim xalqa protejemi təqdim etməyimi böyük ürək ağrısı ilə qarşılayacaqlar. Bu isə məni əsla narahat etmir. Mən 15 ilə yaxındır ki, sənətdəyəm və artıq özümü bir müğənni kimi təsdiq etmişəm. Hətta bir neçə sənətkarımız da məni müğənni kimi dəstəkləyib bəyəndiklərini məmnuniyyətlə söyləyiblər. Belə olan halda nəyə görə protejem olmasın? Yaqut xanım mənim ilk protejemdir. Gəncdir, istedadlıdır və səhnə mədəniyyəti də öz yerindədir. Belə gənclərimizə dəstək olmaq uzun illərdir sənətdə olan hər bir müğənninin borcudur. Bu səbəbdən mən də belə bir addım atdım və protejemin çoxları tərəfindən yaxşı qarşılanacağına əminəm. Yaqut xanımın sənətinə aid bütün işləri ərsəyə gətirməyi öz öhdəmə götürmüşəm. Onun mahnı seçimləri, səhnə imici və sair mənim tərəfimdən gerçəkləşəcək. Bir sözlə, sıradan yox, uğurlu bir müğənnini hər kəsə təqdim edəcəyəm”.
Yaqut isə Lent.az-a açıqlamasında Elariz kimi bir müğənninin protejesi olmaqdan məmnunluq duyduğunu bildirib: “Elariz bəy bəzi müğənnilərdən fərqli olaraq, üstəlik öz mədəniyyətinə görə də xalq tərəfindən sevilir. Buna görə də ailəmizdə mənim məhz onun protejesi kimi təqdim olunmağıma müsbət fikir bildirdilər. Bilirəm ki, onu gözü götürməyənlər acıq üçün mənim sənətimə də əngəllər törədə bilərlər. Bütün bunları gözə almışam. Ona görə də heç bir narahatlığım yoxdur. Əsas odur ki, layiqli bir insanın və müğənninin dəstəyi ilə professional səhnəyə öz addımlarımı atıram”.
Lalə Yusifqizi

641