Samir Bağırov yeni ildə kasıblığın daşını atıb
Azərbaycan estradasını Rusiya səhnəsinə dəyişən Samir Bağırov çətin günlərini geridə qoyub. Müğənni Rusiyada Yeni il gecəsi çıxış etdiyi məkanlardan əməlli-başlı pul qazanıb. Bu barədə Lent.az-a müğənninin yaxın dostu Samir Əliyev məlumat verib: “İndi o, bütün gücünü yaradıcılığına yönəldib. Yeni mahnılar yazdırır, sənəti ilə məşğuldur. Əhvalı da, maddi vəziyyəti də əvvəlkindən qat-qat yaxşıdır”.
Müğənni maddi durumunu daha da yaxşılaşdıracağına və komandasını da yanına gətirəcəyinə söz verib.
Lalə Yusifqızı
Müğənni maddi durumunu daha da yaxşılaşdıracağına və komandasını da yanına gətirəcəyinə söz verib.
Lalə Yusifqızı
565