Azərbaycanın “Eurovision-2010” təmsilçisi fevralın 2-də seçiləcək
“Eurovision-2010” mahnı yarışmasında Azərbaycan təmsilçisinin adı fevralın 2-də açıqlanacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Eurovision-2010” mahnı müsabiqəsində iştirak üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıq işləri aparılıb, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılıb. “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin sözlərinə görə, İctimai Televiziya tərəfindən bir neçə seçim turları keçirilib, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib: “Belə bir nəticəyə gəldik ki, Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək şəxs fevralın 2-də seçilsin. Ümid edirik ki, Avropa bu il də Azərbaycanın zəngin musiqisini bəyənəcək və səs verəcək”.
Məlumatda yarımfinal mərhələsinin iştirakçılarının adları da açıqlanıb. Bunlar Azad Şabanov, “Milk & Kisses” qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli və Ülviyyə Rəhimovalardır.
Məlumatda bildirilib ki, bu mərhələ televiziya və internet vasitəsilə yayımlanacaq.
Yarımfinal mərhələsi fevralın 2-də “Buta Palas”da keçiriləcək. Seçim tam olaraq “Eurovision” formatı ilə təşkil olunacaq. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaq. İctimai Televiziyanın “Eurovision” sevənlərə bir sürprizi də var. Belə ki, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün 2004-cü ilin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana, 2009-cu ilin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və Azərbaycanın 2009-cu ilin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təmsilçisi Aysel də iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan “Eurovision”da 2008-ci ildən iştirak edir. Ölkəmiz 2008-ci ildə 8-ci, 2009-cu ildə isə 3-cü yeri tutub. Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən bu layihə milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdırmaqda mühüm rol oynayır.

629