Müğənni Arzuma qarşı ayıb hərəkət!
06 yanvar 2010 11:00 (UTC +04:00)

Müğənni Arzuma qarşı ayıb hərəkət!

Müğənni Arzum “odnoklassniki.ru” istifadəçilərindən birinin kobud zarafatına məruz qalıb. Müğənninin şəkli və haqqında məlumat internet istifadəçilərindən birinin səhifəsinə yerləşdirilib. Bu barədə Lent.az-a məlumat verən müğənninin mətbuat katibi Mikayıl Hüseynov bildirib ki, istifadəçi müğənni Arzumun adından müxtəlif insanlarla söhbətə girib və yazışmalar aparıb: “Arzum özü səhifəni açdı və yalanın şahidi oldu. İndi o, sizin vasitənizlə o səhifəyə yazan hamıya bildirir ki, səhifənin sahibi Arzum deyil”.

Müğənni bu hadisədən sonra internetdə fan-klub açmağı və bütün sevənlərini ora dəvət edərək, özünü sübut etməyi qərara alıb.

Qeyd edək ki, gənc ifaçı hadisə ilə bağlı məhkməyə müraciət edəcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738

Oxşar yazılar