Rusiyalı milyarder məşuqəsinə fantastik ev bağışladı
29 oktyabr 2012 18:09 (UTC +04:00)

Rusiyalı milyarder məşuqəsinə fantastik ev bağışladı

Rusiyalı milyarder Vladislav Doronin məşhur model Naomi Kempbelə futuristik dizaynlı, dünyada analoqu olmayan ev bağışlayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, ev Moskva vilayətinin milyarderlər yaşayan Barvixa kəndində tikilib.
Məlumata görə, evin memarı məşhur arxitektor Zaha Hadidir. Evin bir hissəsi yerin altında, qalanı isə 20 metr hündürlüyə qədər ucalır. “Capital Hill Residence” adlanan evin iki qülləsi var.
Evin yerin altında olan hissəsində fin, rus, türk hamamları, fitnes zalı, bağlı hovuz var. Yerin üstündəki hissəsində isə çoxsaylı qonaq və yataq otağı, kabinet və s. digər otaqlar yerləşib.
Ekspertlər Hadinin bu dizaynını “fantastik layihə” adlandırıblar. Onların fikrincə, bu dizaynlı evə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.
Doroninlə məşhur model 2008-ci ildən görüşürlər. Rus milyarder indiyədək Kempbelə Braziliya və Türkiyədə orijinal dizaynlı iki mülk alıb. Bəzi məlumatlara görə, bu yaxınlarda cütlük münasibətlərini rəsmiləşdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53