Gənc müğənnimiz türkiyəli məşhur musiqiçi ilə duet oxuyub
Türkiyənin tanınmış müğənni-bəstəkarı Ümid Sayının bu gün Bakıya gələcək. Lent.az-n məlumatına görə, müğənnin Bakıya səfəri gənc müğənni Zarina Məmmədova ilə işbirliyi qurması olub. Belə ki, müğənni Ümid Sayın, sözləri və musiqisi özünə aid olan “Kader utansın” adlı mahnısını Zarina Məmmədova ilə ifa edib. Artıq bu mahnıya Türkiyədə klip də çəkilib. Klipin təqdimatı isə gələn həftə olacaq.
Türk müğənni ilə duet oxuyan Zarina Məmmədova deyib: “Mahnını mənə təqdim edəndə çox bəyəndim. Sanki sırf mənim səs tembrimə uyğun yazılıb. Bu da lirik notlar üzərində qurulub. Klip olduqca sadədir. Ancaq sadə olduğu qədər də fərqlidir. Türk peşəkarlarla çalışmaq mənə xüsusi zövq verib. Bütün işçi heyəti boynuna düşən işin öhdəsindən peşəkarcasına gəlir. Ümidlə oxumaq isə başqa bir zövqdür”.
Qeyd edək ki, Ümid Sayın 4 gün paytaxtımızın qonağı olacaq. Müğənni klipin təqdimatından sonra Zarina Məmmədova ilə birgə mini konsert proqramı ilə çıxış da edəcək.
Yalçın Süleymanov

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01