“Memati” uşaq filmində
22 avqust 2012 11:32 (UTC +04:00)

“Memati” uşaq filmində

“Öyle Bir Geçer Zaman Ki” serialında canlandırdığı Osman xarakteri ilə məşhurlaşan Əmir Bərkə Zincidi filmdən ayrılıb. Buna səbəb serialda hadisələrin artıq bir neçə il sonra cərəyan etməsi, Osmanın böyüyüb gənc oğlan olmasıdır. Lent.az-ın məlumatına görə, Zincidi yeni fantastik uşaq filminə çəkilir. Türkiyə və Almaniya müştərək istehsalı olan filmdə “Kurtlar Vadisi”nin Mematisi Gürkan Uyqun da rol alacaq. 10 il mafiya filmində oynamış Uyqun “Kurtlar Vadisi”ndən ayrıldığını, artıq başqa xarakterləri canlandırmaq istədiyini bildirib. Memati bu səbəbdən uşaq filmində oynamaq üçün edilən təklifi qəbul edib.
# 2678

Oxşar yazılar