Stallone memuar yazır
28 aprel 2024 16:10 (UTC +04:00)

Stallone memuar yazır

Hollivud ulduzu Silvestr Stallone memuar yazır.

Lent.az-ın “Page Six”-ə istinadən verdiyi xəbərə görə,  aktyorun xatirələrinin yer aldığı kitab "Pilləkənlər" adlanacaq.

Kitabın adı  1976-cı ildə çəkilmiş məşhur "Rokki" filmindən ilhamlanaraq qoyulub. Filmdə Silvestr Stallonenin canlandırdığı Rokki Filadelfiya İncəsənət Muzeyinin pilləkənləri ilə qaçır. 

Qeyd edilib ki, kitabda həm də gələcək nəsilləri ruhlandıracaq və rezonans doğuracaq qiymətli fikirlər yer alıb.

Kitabın onun yaxşı dostu Arnold Şvartsenegerin “Köməkçi ol” kitabına bənzədiyi deyilir. Kitabın 2025-ci ildə satışa çıxarılacağı gözlənilir.

 

# 1995
avatar

Oxşar yazılar