"Toppuş bacı"nın səhhəti daha da AĞIRLAŞDI - Yeni şiş tapıldı - VİDEO
12 iyun 2020 16:12 (UTC +04:00)

"Toppuş bacı"nın səhhəti daha da AĞIRLAŞDI - Yeni şiş tapıldı - VİDEO

Xərçəngdən əziyyət çəkən Əməkdar artist ( “Toppuş bacı” ) Tünzalə Əliyevadan xəbər var.

Lent.az-ın məlumatına görə, aktrisa “Bizimləsən”ə bildirib ki, evə buraxılıb:

"Əvvəl ağrılar kürək və böyrəyə vururdu. İndi qarın hissəmə vurur. Kimyaterapiya hər dəfə bir nahiyəyə vurur. İndi də qarın... Qarnımda da neçə əməliyyat yeri var, ağrılar dəhşətlidir. Dözə bilmirəm. Həmişə kimyaterapiyada belə olur. Əvvəl dırnaqlarım çürümüşdü. Yeni-yeni düzəlirdi. Təzədən başladıq...

Analizin cavabı çıxan kimi həkimlər məni yatırtdı və kimyaterapiya etdi. Qanımaşağı olduğu üçün kimyaterapiyanı bütöv ala bilmirəm. Yarısın aldım, qalıb hələ... Yıxılan insan deyiləm, amma durumum çox pisdir. Ağ ciyərimdə yeni şişlər tapılıb".

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7439

Oxşar yazılar