Tapılan odlu silah
28 sentyabr 2022 17:47 (UTC +04:00)

Tapılan odlu silah

Zaqatalada silahlı narkotacir tutuldu - FOTO

Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 2079
avatar

Oxşar yazılar