Xalası qızı olan keçmiş nişanlısına 14 bıçaq zərbəsi vurdu - Azərbaycanda
18 aprel 2022 16:52 (UTC +04:00)

Xalası qızı olan keçmiş nişanlısına 14 bıçaq zərbəsi vurdu - Azərbaycanda

Sumqayıtda tələbə bıçaqlanıb.

Lent.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin tələbəsi olan qız səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində 14 kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Məlumata görə, zərərçəkmiş qızı keçmiş nişanlısı olan xalası oğlu elə universitetin yaxınlığında bıçaqlayıb.

Hadisənin hansı səbəblə baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Universitetin mətbuat katibi Nazxanım Cəlilli isə bildirib ki, hadisə unviersitetin qarşısında baş verməyib:

"Bəzi saytların verdiyi məlumata görə, Sumqayıt Dövlət Universitetinin qarşısında bıçaqlanma hadisəsi baş verib. Qeyd edək ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar. Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.

Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5928
avatar

Mehman Nəbiyev

Oxşar yazılar