Uşaqlarının yanında arvadını boğdu, əmisi oğlunu isə...
29 aprel 2023 15:50 (UTC +04:00)

Uşaqlarının yanında arvadını boğdu, əmisi oğlunu isə...

Türkiyədə kişi arvadını və öz əmisi oğlunu öldürüb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə Diyarbəkirdə Ergani qəsəbəsində baş verib. Y. Ö. 2 uşağının yanında arvadı S. Ö-nü yaylıqla boğaraq, əmisi oğlu M. T-nı isə bıçaqlayaraq, öldürüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik bilinmir.

Qətl törətdikdən sonra Y. Ö. uşaqlarını qohumlarına verərək, polisə təslim olmağa gedib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3441

Oxşar yazılar