Üç uşağını öldürdü, dördüncüyə gücü çatmadı  - Qəddar ananın ŞOK İFADƏSİ
15 aprel 2025 10:56 (UTC +04:00)

Üç uşağını öldürdü, dördüncüyə gücü çatmadı - Qəddar ananın ŞOK İFADƏSİ

Rusiyanın Krasnoyarsk diyarında üç övladını xüsusi amansızlıqla öldürən ana saxlanılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, ana ilkin dindirmə zamanı gücü çatmadığı üçün dördüncü uşağını da öldürmədiyini deyib.

Qadın aprelin 14-də Kanskda 7 aylıq, 4 və 8 yaşlı 3 övladını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, o, uşaqları qəsdən balta ilə vurub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (xüsusi amansızlıqla törədilən üç yetkinlik yaşına çatmayanı öldürmə), cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142

Oxşar yazılar