Türkiyədə qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Konyanın Çumra qəsəbəsində baş verib. 55 yaşlı Hüseyn Çoban və arvadı 51 yaşlı Mürüvvet Çoban tapança ilə öldürülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən cütlüyün oğlu 28 yaşlı Mücahit Çoban saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Qeyd edək ki, H. Çoban məsciddə imam vəzifəsində çalışıb.
Hüseyn Çoban
Mürüvvet Çoban
Mücahit