İstanbulda azərbaycanlıya hücum anı
12 yanvar 2022 16:01 (UTC +04:00)

İstanbulda azərbaycanlıya hücum anı

Türkiyədə azərbaycanlı küçənin ortasında GÜLLƏLƏNDİ - HADİSƏ ANI

Türkiyədə azərbaycanlıya qarşı silahlı hücum olub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə yanvarın 11-i günorta saatlarında İstanbul şəhərinin Esenyurt qəsəbəsində qeydə alınıb. Məlumata əsasən, dövlət qeydiyyat nişanı yerinə “xoşbəxtik” yazılan avtomobillə hərəkətdə olan naməlum şəxslər küçədə azərbaycanlı kişiyə odlu silahdan atəş açıblar. 

Tapançadan açılan atəş nəticəsində zərərçəkən ayağından yaralanıb.

Həmin şəxslərin yenidən cinayət baş verən əraziyə gəldikləri, lakin silahın işə düşməməsinə görə geri qayıtdıqları bildirilir. Hadisə zamanı ərazidə azyaşlılar da olub.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Görüntüləri təqdim edirik:

İstanbulda azərbaycanlıya hücum anı

# 6231
avatar

Mehman Nəbiyev

Oxşar yazılar