Toyunda hədiyyə edilən  tüfənglə öldürdülər
28 noyabr 2023 17:19 (UTC +04:00)

Toyunda hədiyyə edilən tüfənglə öldürdülər

Türkiyədə gənc oğlan qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Esenyurt adlanan ərazisində qeydə alınıb. 23 yaşlı İbrahim Yurdsevən dostu ilə birgə evə gələrək toyunda hədiyyə edilən tüfəngi götürüb. Daha sonra dostlar evi tərk edərək, gediblər.

Axşam çıxan münaqişə zamanı İbrahim həmin tüfənglə vurularaq öldürülüb.

Polis hadisəni törədənin kimliyini müəyyən edə bilib. Hazırda cinayətkarın tutulması istiqamətində əməliyyat keçirilir.

İbrahim Yurdsevən

# 2289
avatar

Oxşar yazılar