Bakının Qaradağ rayonunda oğurluqedən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, oğurluq etdiklərinə görə tutulmuş Ə.Abbasovun və Ə.Abbasovun ətraflarında Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki 4 anbardan ümumilikdə 27 min manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilib.