Türkiyədə gənc oğlan qardaşını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu səhər Kocaeli şəhərində Karamürsel qəsəbəsində baş verib. 29 yaşlı Emre Torun səhər tezdən yuxudan oyandıqdan sonra yatmaqda olan böyük qardaşı 32 yaşlı Muradı bıçaqlayaraq öldürüb.
Məlumata görə, buna səbəb qardaşlar arasında dünən axşam yaranan mübahisədir. Emre Torun hadisəni törətdikdən sonra əlində bıçaqla küçəyə çıxıb. O, qısa zamanda polis tərəfindən saxlanılıb.