Su polisindən ƏMƏLİYYAT:  külli miqdarda narkotik ələ keçdi - VİDEO
04 may 2022 12:17 (UTC +04:00)

Su polisindən ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçdi - VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qaçmaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinə Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polislərinin keçirdikləri əməliyyat nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.

Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib. Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Elçin Bəşirov ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Astarada külli miqdarda narkotik ələ keçirildi

# 2367
avatar

Mehman Nəbiyev

Oxşar yazılar