"Sədərək"də fəhlə öldü, cinayət işi açıldı
22 fevral 2021 16:58 (UTC +04:00)

"Sədərək"də fəhlə öldü, cinayət işi açıldı

Bakıda ticarət mərkəzində fəhlə ölüb.

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, “Sədərək” Ticarət Mərkəzində ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 57 yaşlı Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Mehman Nəbiyev

Oxşar yazılar