Rayonda 3 ay əvvəl adam öldürən kişi tutuldu
04 noyabr 2021 12:58 (UTC +04:00)

Rayonda 3 ay əvvəl adam öldürən kişi tutuldu

Kürdəmirdə qətl törədən kişi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən xəbərə görə, bu il avqustun 6-da 61 yaşlı Xanımqız Bədəlova qətlə yetirilib.

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, bu il avqustun 6-da Kürdəmir şəhəri Soltan Şıxəliyev küçəsində qadın meyitinin tapılması barədə məlumat yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Mehman Nəbiyev

Oxşar yazılar